🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

​TikTok bu şəxslər üçün gözəllik filtrlərini qadağan edir - Əsl üzləri ortaya çıxacaq

27.11.2024 15:25 8 baxış sayı 2 dəq. oxuma
​TikTok bu şəxslər üçün gözəllik filtrlərini qadağan edir - Əsl üzləri ortaya çıxacaq

TikTok gənclər üçün gözəllik filtrlərini qadağan edir.

Metbuat.az xəbər verir ki, şirkət psixi sağlamlığı qorumaq məqsədilə belə qərar verib. Yeni qaydalarla yaşı 18-dən aşağı olan istifadəçilər gözlərini böyüdən, dodaqlarını dolğunlaşdıran və dəri tonunu dəyişən filtrlərdən istifadə edə bilməyəcəklər. Lakin dovşan qulaqlar və ya it burunları kimi gülməli filtrlər qadağaları əhatə etmir. Gözəllik filtrlərinin, real həyatda xüsusilə gənc qızlar üzərində mükəmməl fiziki görünüşə sahib olmaq üçün təzyiq yaratdığı deyilir. Bu vəziyyət psixoloji problemlər yaradıb. Bildirilir ki, gənclər filtrdən istifadə etdikdən sonra əsl üzlərinə baxanda özlərini çirkin hesab edirlər.

Bundan əlavə, 13 yaşdan kiçik istifadəçilərin platformaya daxil olmasının qarşısını almaq üçün süni intellektə əsaslanan yoxlama sistemləri işə salınır. Məlumatda deyilir ki, bu addımlar ciddi qaydalara riayət etmək üçün həyata keçirilən tədbirlərin bir hissəsidir.

Paylaş: