
Təyyarədə insanları təhlükəyə atan sərxoş sərnişinsaxlanıldı

Malayziyanın paytaxtı Kuala Lumpurdan Sidneyə uçan təyyarənin təcili çıxış qapısını iki dəfə açmağa cəhd edən və heyətə hücum edən sərnişin saxlanılıb.
Metbuat.az xəbər verir ki, 46 yaşlı sərnişin uçuş zamanı təyyarənin arxa hissəsindəki təcili çıxış qapısını açmağa çalışıb.
Həmin sərnişin daha sonra təyyarənin ortasındakı təcili çıxış qapısını açmağa çalışıb və stüardessalar, sərnişinlər tərəfindən saxlandıqdan sonra aviaşirkətin əməkdaşına hücum edib.
Təyyarə Sidneyə endikdən sonra sərnişinin saxlanılıb.
Onun “təyyarənin təhlükəsizliyini təhlükəyə atmaq və kabin heyəti üzvünə hücum etmək” ittihamı ilə 10 ilə qədər həbs oluna biləcəyi bildirilib.
ABC News-un məlumatına görə, sərnişin təyyarəyə minməzdən əvvəl yuxu dərmanı və spirtli içki qəbul etdiyini və hadisəni xatırlamadığını deyib.
Oxşar xəbərlər

Bakıda avtobusda dava:
Son Xeberler

Dörd Bürc Karyeralarında Zirvəyə Çatacaq
Son Xeberler

Bakıda 8 yaşlı qız özünü binadan atdı: Atası evə s...
Son Xeberler

Aeroportda sərnişinlər arasında kütləvi dava -
Son Xeberler

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş v...
Son Xeberler

Netanyahu İran Xalqına Müraciət Etdi: Bu Müharibən...
Son Xeberler