Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Təyyarə qəzası: İlkin nəticələrin açıqlanacağı vaxt bilindi

30.12.2024 22:25 132 baxış sayı 1 dəq. oxuma Metbuat
Təyyarə qəzası: İlkin nəticələrin açıqlanacağı vaxt bilindi

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı araşdırmanın ilkin nəticələri 30 gün ərzində təqdim ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini, hökumət komissiyasının üzvü Talqat Lastayev məlumat verib.

“Standartlara uyğun olaraq, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir,” - deyə Lastayev qeyd edib.

O bildirib ki, hazırda araşdırmanın sahə mərhələsi həyata keçirilir. Təyyarənin parçaları və qəza yerindən toplanan izlər Aktau hava limanında xüsusi təşkil olunmuş yerə gətirilir və mütəxəssislər tərəfindən təhlil edilir.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: