
Tərk edildikdən sonra ölən Nurcanla bağlı açıqlama

Sosial Xidmətlər Agentliyi "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyində vəfat edən 16 yaşlı Nurcan Cəfərova ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada uşağın ailə tərəfindən tərk edilməsi və sonrakı taleyi ilə bağlı məlumatlar verilir. Agentliyə 21 avqust 2025-ci il tarixində Nurcan Elşad qızı Cəfərovanın qohumlarının evindən qaçması barədə məlumat daxil olmuşdu.
Agentlik dərhal uşağın mənafeyinin qorunması məqsədilə tədbirlər gördü və qiymətləndirmə apardı. Bu prosesdə müəyyən edildi ki, Nurcanın anası Vüsalə Orucova hələ 2014-cü ildə vəfat edib, atası isə Rusiyada yaşayır. Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini Agentliyə bildirdi. Qiymətləndirmə prosesi zamanı Nurcan özü də xalasının ailəsinə geri qayıtmaq istəmədiyini qeyd etmişdi. Nurcan Cəfərovanın təhlükəsizliyini təmin etmək və onun hüquqlarını qorumaq üçün Agentliyin 11.09.2025-ci il tarixli qərarı ilə o, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirildi. Sığınacaq tərəfindən uşaqla sosial-psixoloji reabilitasiya işləri aparıldı.
Eyni zamanda, Agentlik uşağın gələcək hüquqi statusunu müəyyənləşdirmək və ona himayəçi təyin olunması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinə sorğu göndərdi. Cavab məktubuna əsasən, Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməmişdi. Agentlik onu da qeyd edib ki, Nurcan sığınacaqda olduğu müddətdə mütəmadi olaraq xalası ilə telefon əlaqəsi saxlayırdı. Hadisədə ən kədərli məqam atası Elşad Səfərovun ölkəyə qayıtması ilə bağlıdır. O, 18.11.2025-ci il tarixində övladından rəsmi qaydada imtina etdi. Sosial Xidmətlər Agentliyinin kollektivi baş vermiş faciəvi hadisə ilə əlaqədar dərin kədər duyduğunu bildirir və Nurcana Allahdan rəhmət diləyir.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Sputnik Azərbaycan-ın şef redaktoru həbsdən azad e...
Azəri Xəbər

Gəncədə ağır qəza - Ölən və yaralanan var
Bugun.az

Göyçayda ağır qəza - Ölən var
Bugun.az

Gəncədə ağır qəza -Ölən var
Bugun.az
Şirvanda yol qəzası olub, ölən və xəsarət alanlar...
Azəri Xəbər

PFİK-ə Göndərilən Necip Uysalın Bəyanatı: "Mən Həy...
Son Xeberler


