
Təkər partladı, piyada xəsarət aldı -VİDEO

Bu gün, 05.10.2025-ci il tarixdə səhər saat 06:30 radələrində Bakı–Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə DYP məlumat yayıb.
İlkin araşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirmiş və nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurub.
Hadisə nəticəsində piyada xəsarət alıb.
Qeyd edək ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.
Oxşar xəbərlər

5 yaşlı uşaq qəzada xəsarət aldı
Bugun.az

Gəncədə 90 Yaşlı Piyada Avtomobil Tərəfindən Həlak...
Bugun.az

Rusiyalı turist Antalyada ağır xəsarət aldı -
Son Xeberler

Cəlilabadda yol qəzası baş verdi, ölənlər var
melumat.tv

Böyük Şor bulvarında attraksion aşdı, uşaqlar xəsa...
Bugun.az

İki gündə 9 piyadanı maşın vurub - Üçü ölüb
Bugun.az