
Tatlısəs biabır oldu: İçki düşkünü, qumarbaz...

Türkiyənin əfsanəvi müğənnisi İbrahim Tatlısəs ilə oğlu Ahmet Tatlısəs arasındakı gərgin qalmaqal səngimək bilmir. Ata və oğul arasındakı bu qarşıdurma artıq məhkəmə salonlarına daşınıb. Ahmet Tatlısəs atasının onu miras hüququndan məhrum etməsindən sonra qanunun dili ilə danışmağa başlayıb. Oğul var-dövlətdən pay tələb etmək üçün apardığı iddialarda atasına qarşı çox ağır ittihamlar irəli sürüb.
Yerli KİV-lər oğul Tatlısəsin atasına qarşı irəli sürdüyü iddiaların detallarını açıqlayıb. Ən əsas iddialardan biri, Ahmetin atasının "ağıldankəm" olduğunu iddia etməsidir. İddianamədə qeyd olunub ki, İbrahim Tatlısəs 27 yaşlı sevgilisi Gülçin Karakayanin təsiri altındadır və şüurlu qərarlar qəbul edə bilmir. Oğul hesab edir ki, atası öz əmlakını şüurlu şəkildə idarə edəcək vəziyyətdə deyil.
Ahmet Tatlısəsin sonrakı iddiaları isə daha dəhşətli xarakter daşıyır. O, məşhur muğənninin bədxərc və şorgöz olduğunu yazıb. İddia edib ki, atası sahib olduğu pulları arağa xərcləyir. Daha sonra isə içkinin təsiri altında qumarda böyük məbləğdə pullar uduzur. Ahmet Tatlısəsin bu iddiaları Türkiyə seqmentində sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ümumilikdə ictimaiyyətin çoxu yaranmış vəziyyətə görə həm atanı, həm də oğlu qınayır.
Ədəbiyyat və nəşriyyat sənayesi üzrə yazıram. Kitab fuarları və yeni çıxan əsərlər mənim əsas mövzularımdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Siyəzəndə kişi spirtli içki içib öldü
Bugun.az

Tatlısəs oğlundan polisə şikayət etdi
Şou Xəbər

Tatlısəsin sərvətindən uşaqlarına 1 qəpik də çatma...
Bugun.az

İbrahim Tatlısəs 6-cı toy siqnalını verdi:
Ən Son Xəbərlər

İbrahim Tatlısəs oğlunu həbs etdirdi
Bugun.az

Saxta içki satanlar edam olundu
Xəbər Anı


