
"Tarqovu"dakı tikilinin sökülməsinə başlanıldı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonunun Əhməd Cavad küçəsindəki (“Fəvvarələr” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.
Bildirilib ki, ərazidə yerləşən “Fontana” restoranına bitişik sahədə işbazların əlavə artırma işləri aparması ikinci belə özbaşınalıqdır.
“Belə ki, ötən ilin martında Baş İdarənin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınıb. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar. Mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir”,- deyə məlumatda qeyd edilib.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Romada uçan tarixi tikilinin dağıntıları altında q...
Azəri Xəbər

Riad Qasımov: Söküntü işləri aparılan ərazilərdə h...
Azəri Xəbər
Romada dağıntılar altında qalan işçinin axtarışı d...
Azəri Xəbər

Bakıda tanınmış restoran sökülür
Bugun.az

Bakıda yanğın oldu, ölən var
Bugun.az

Sabunçuda yanğın oldu
Bugun.az


