Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tanınmış futbol klubu fəaliyyətini dayandırır

15.05.2025 17:25 74 baxış sayı 1 dəq. oxuma Metbuat
Tanınmış futbol klubu fəaliyyətini dayandırır

"Azərbaycanın II Liqasında çıxış edən "Füzuli" klubu II Liqadan düşsə, böyük ehtimalla Region Liqasında iştirak etməyəcək".

Metbuat.az Sport24.az-a istinadən xəbər verir ki, bu sözləri "Füzuli"nin təsisçilərindən biri olan Vasif İsmayılov deyib.

İsmayılov komandasının dağılma təhlükəsi ilə üz-üzə olduğunu dilə gətirib.

"Kiminsə kluba sponsorluq edəcəyinə inanmıram. İllərdir bu komandaya kimlərsə köməklik edib, amma bu davamlı olmayıb. Görünən odur ki, klub sponsorsuz qalacaq və fəaliyyətini dayandıracaq. "Füzuli" adlı klubun tarixə qovuşması an məsələsidir".

Qeyd edək ki, "Füzuli" II Liqada 25 turdan sonra 15 xalla sonuncudur.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: