
Sumqayıtda küçələr koronavirusa görə yuyulur

Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur. Dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.
Qeyd edək ki, Şəhərdə bütün sahələrdə – küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində dezinfeksiya işləri aparılır. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.
Etiketlər
Oxşar xəbərlər

Sumqayıtda Qaz Partlayışı: İki Nəfər Yaralanıb
Bugun.az

Bakı və Sumqayıtda temperatur yüksəlib -
Son Xeberler

Sumqayıtda 69 yaşlı kişinin meyiti aşkarlandı
Bugun.az

Boşanmağa görə öldürülən Cəmalə tibb bacısı imiş -...
Bugun.az

Sumqayıtda hamilə qadın dənizdə batdı -
Son Xeberler

ŞOK: Koronavirusa yoluxdu - Rusiya çalxalanır
Anar Türkeş