
Spirtdən zəhərlənmə necə baş verir? - Həkim AÇIQLADI

Xəbər verildiyi kimi, son 2 gün ərzində 15 nəfər spirtdən zəhərlənərək həyatını itirib. İlkin ehtimallara görə, zəhərlənməyə metil spirti tərkibli saxta spirtin istifadəsi səbəb olub.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Metbuat.az-a açıqlamasında bildirib ki, metil spirti (metanol) yüksək dərəcədə zəhərli maddədir və insan orqanizmi üçün ciddi təhlükə yaradır. Spirtdən zəhərlənmə hallarının böyük əksəriyyəti məhz metil spirti ilə bağlıdır. Bu maddənin qəbulu bir neçə saat ərzində ağır fəsadlara səbəb ola bilər:
“Zəhərlənmə simptomları arasında ürəkbulanma, baş gicəllənməsi, ikili görmə və yuxululuq müşahidə olunur. Daha ağır hallarda isə zərərçəkmiş koma vəziyyətinə düşə bilər. Statistikaya görə, metil spirti zəhərlənmələrinin 80-85%-i ölümlə nəticələnir. Təhlükəli doza 30-200 ml arasında dəyişir və bu miqdarda metanol qəbul edildikdə həyati təhlükə yaranır”.
Həkim qeyd edib ki, zəhərlənmə şübhəsi yarandıqda dərhal tibbi müdaxilə vacibdir. Bu hallarda vaxtında klinikaya müraciət edilməsi həyati əhəmiyyət daşıyır.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Gənc qadın siçan dərmanından öldü
Bugun.az

Ermənistanda kütləvi zəhərlənmə
Bugun.az

Bakıda xəstələr və həkimlər qidadan zəhərləndi
Son Xeberler

Azərbaycanda həkimlərin maaşı açıqlandı - SİYAHI
Bugun.az

Daha bir həkim koronadan vəfat etdi
Son Xeberler

Azərbaycanda daha bir həkim koronavirusdan öldü
Son Xeberler