
Soydaşlarımıza qarşı törədilənlər qeyri-insani rəftardır - Anar Bağırov

Rusiyanın güc strukturları tərəfindən azərbaycanlılara qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır, barbarlıqdır.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Rusiyada hüquq mövcud deyil, orada istənilən şəxsi küçədə döyüb alçaldırlar, milli mənsubiyyətinə, peşə fəaliyyətinə görə insanlar öldürülür, döyülür, işgəncəyə məruz qalırlar:
"Dövlətin güc strukturları işgəncə makinasına çevrilib, cəlladlar qanun üzərində rəqs edirlər. 1937-ci ildə üç babam millətçilikdə ittiham olunaraq "xalq düşməni" adlandırılıb və Stalin repressiyasına uğrayaraq ölüm düşərgələrində öldürülüb. Görünən odur ki, 90 il keçsə də, heç nə dəyişməyib. Babalarımı öldürən canilər hazırda soydaşlarımızı öldürürlər".
Oxşar xəbərlər

Azərbaycanda qadın vəkil koronavirusdan vəfat etdi...
Son Xeberler

Məşhur vəkilin ölüm səbəbi bəlli oldu
Son Xeberler

Azərbaycanda 2 vəkildə koronavirus aşkarlandı
Son Xeberler

Erməni qız döyülən azərbaycanlıdan üzr istədi:
Son Xeberler

"Bağırov" körpüsündə yaranan subasma təhlükəsi ara...
Xəbər Anı

Azərbaycanda jurnalist koronavirusdan vəfat etdi
Son Xeberler