
“Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi” mövzusunda növbəti konfrans keçirilib

“Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” mövzusunda növbəti konfrans baş tutdu. Tədbir Mətbuat Şurasının konfrans zalında, Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən eyni adlı layihə çərçivəsində təşkil edilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyə dəstəyi alıb.
Konfransı Mətbuat Şurasının təmsilçisi İlqar Tağıyev açaraq layihə və mövzu haqqında məlumat verdi. O qeyd etdi ki, statistik göstəricilərə görə, hazırda dünya əhalisinin yarısından çoxu məlumatları sosial şəbəkələr vasitəsilə alır və yayır. Bu vəziyyət sosial şəbəkə platformalarında təhlükəsizlik qaydalarının öyrənilməsini zəruri edir. MŞ təmsilçisi layihəni hazırlayıb icra etdiyi üçün MİTD İB-yə, həmçinin layihəyə dəstək göstərən Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi. Bu cür tədbirlər media mühiti üçün əhəmiyyətlidir.
Layihənin koordinatoru və MİTDİB sədri Müşfiq Ələsgərli layihənin icrası barədə geniş məlumat verdi. O bildirib ki, ötən 5 ay müddətində icra edilən iş çərçivəsində geniş məlumat bazası hazırlanıb. Bu baza sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və onların tənzimlənməsi üzrə akademik mərkəzlərin son elmi tezislərini, həmçinin Almaniya, Fransa, Türkiyə, Çin, Rusiya və ABŞ-da bu kontekstdə tətbiq olunan fərqli modellər barədə bilgiləri özündə cəmləşdirir. Əldə edilmiş materiallar əsasında 10 məqalə hazırlandı və dərc edildi. Məqalələrin onlayn informasiya resurslarında yerləşdirilməsi Azərbaycan audotoriyasına imkan yaradır ki, sosial şəbəkə seqmentində təhlükəsizliyin təmin edilməsi üçün tətbiq edilən qanun və qaydalar haqqında zəruri məlumatları alsınlar.
Konfransda çıxış edən media qurumlarının rəhbərləri və ekspertlər bu layihənin ictimai əhəmiyyətini yüksək qiymətləndirdilər. Çıxışçılar arasında "Metbuat.az" saytının qurucusu Ramil Mirzəyev, "Aktor" İctimai və Sosial Tədqiqatlar İB sədri Telman Məmmədov, DJFD sədri Fuad Hüseynov, "Aznews.az" saytının baş redaktoru Taleh Şahsuvarlı, AMİ İB sədri Rauf Rəcəbov və "Crossmedia.az" saytının baş redaktoru Mübariz Göyüş də var idi. Onlar mövzu üzrə öz fikirlərini bölüşdülər. Bu görüş bir daha təsdiqlədi ki, sosial şəbəkələrin idarə edilməsi və informasiya təhlükəsizliyi məsələləri hazırda medianın əsas gündəmini təşkil edir.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Kibertəhlükəsizlikdə idarəetmə, risk və uyğunluq m...
Azəri Xəbər

“Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə keçid” mövz...
Edumap.az Təhsil Portalı

“Beşiktaş” və “Başakşəhər” səfərdə qələbə qazandı...
Bugun.az

MDB dövlətlərinin təhlükəsizlik qurumlarının icla...
Bugun.az

Nazir və Baş prokuror Xankəndidə - FOTOLAR
Bugun.az

BDU-nun daha bir tanınmış müəllimi vəfat edib -
Son Xeberler


