Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Siyavuş Hacıyev qəfil vəfat etdi - FOTO

13.11.2024 18:25 153 baxış sayı 2 dəq. oxuma Metbuat
Siyavuş Hacıyev qəfil vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.

Metbuat.az olke.az-a istinadən xəbər verir ki, o, bu gün axşam saatlarında 63 yaşında dünyasını dəyişib.

Belə ki, S. Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından vəfat edib.

Xatırladaq ki. S.Hacıyev 1961-ci ildə anadan olub. S.Hacıyev Kazan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İlk işinə Rusiyanın Samara şəhərində başlayıb. 7 ildən sonra Bakı Şəhər Prokurorluğunda böyük müstəntiq vəzifəsinə gəlib. Prokurorluq orqanlarındakı 11 illik fəaliyyətindən sonra Vergilər Nazirliyinin istintaq şöbəsində 7 il işləyib. Daha sonra Sumqayıtın və Bakı Hərbi Məhkəməsinin hakimi olub. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: