
Şirkət maşınını dayandırıb, 127 mini taladılar

Dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Şevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127298 manat pulu talayaraq qaçıblar.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vasaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər — 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar.
Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər

OpenAI, DeepSeek-ə Rəqib Olan o3-mini Modelini Təq...
Texnologiya xəbərləri

ABŞ-dəki hücumu qətiyyətlə pisləyirik - XİN
Bugun.az

Apple'dan 2 Yeni Mac: M4 MacBook Pro və M4 Mac Min...
Texnologiya xəbərləri

Apple Beeper Mini-nin fəaliyyətini dayandırır
Bugun.az

10.000 dollardan az qiymətə Çin istehsalı elektrik...
Texnologiya xəbərləri

Bu rayonda pulsuz vayfay və mini bar olan dayanaca...
Son Xeberler