🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Sıla Yunanıstandan 35 milyonluq ev aldı

12.05.2025 14:25 8 baxış sayı 1 dəq. oxuma
Sıla Yunanıstandan 35 milyonluq ev aldı

Müğənni Sıla Yunanıstandan özünə ev alıb.

Metbuat.az xəbər verir ki, sənətçi sözügedən mənzilə 35 milyon lirə (təxminən 1 milyon 536 min AZN) pul ödəyib.

120 kvadratmetr olan ev paytaxt Afinanın mərkəzində yerləşir.

Sıla konsertlərindən vaxt tapdıqca Afinaya istirahətə gedir. O ötən il sevgilisi İlker Kaleli ilə Salonikidə istirahət edib.

Yayılan məlumatlara görə, Sıla Yunanıstandakı evi həm də qızıl viza əldə etmək üçün alıb.

Ondan əvvəl Seda Bakan, Demet Özdemir, Kıvanç Tatlıtuğ, Erol Evgin və Linet kimi məşhurlar da oradan 250-800 000 avro (477 min AZN - 1 milyon 526 min AZN) aralığında ev alıblar.

Paylaş: