
Seysmoloji Xidmətdən daha bir zəlzələ açıqlaması

Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrimizdən biridir və seysmik bölgələrdə təkanların olması mümkün haldır.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
"Xəzər dənizində son iki gündə baş verən ( ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir və zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur", - V.Rafiqqızı deyib.
Onun sözlərinə görə, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar ictimaiyyətə beynəlxalq seysmoloji təşkilatlarla razılaşma protokoluna uyğun təqdim edilir.
Oxşar xəbərlər

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
Xəbər Anı

Naxçıvanda yenidən zəlzələ oldu
Son Xeberler

Qəbələ-İsmayıllı sərhədində zəlzələ olub
Son Xeberler

Azərbaycanda zəlzələ oldu -
Ən Son Xəbərlər

Şamaxıda zəlzələ olub
Son Xeberler

Azərbaycanda zəlzələ baş verdi
Son Xeberler