🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Serbiyalı deputat Azərbaycana təşəkkür etdi

13.05.2025 21:25 4 baxış sayı 2 dəq. oxuma
Serbiyalı deputat Azərbaycana təşəkkür etdi

Serbiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbərliyi Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyevlə görüşüb.

Metbuat.az xəbər verir ki, məlumatı serb saytları yayıb.

Azərbaycanla dostluq qrupunun rəhbəri Duşan Mariç qeyd edib ki, faşizm üzərində Qələbənin ildönümünü qeyd etdiyimiz günlərdə Serbiya və Azərbaycan xalqlarının İkinci Dünya Müharibəsindəki töhfələrini vurğulamaq lazımdır.

O, Azərbaycandan olan döyüşçülərin Serbiyanın və Belqradın azad edilməsində, o cümlədən parlament binası uğrunda gedən döyüşlərdə iştirak etdiyini diqqətə çatdırıb.

Mariç beynəlxalq təşkilatlarda və forumlarda Serbiyanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsində göstərdiyi səmimi dostluq dəstəyinə görə Azərbaycana təşəkkür edib.

Bundan başqa, o, Azərbaycana Serbiyanın enerji sabitliyinin qorunub saxlanmasına verdiyi dəstəyə görə də minnətdarlığını bildirib.

Azərbaycanın Seviyadakı səfiri K.Xasıyev vurğulayıb ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını bundan sonra da dəstəkləyəcək, çünki bu, beynəlxalq hüququn fundamental prinsipidir.

O, Serbiyanın Avropa qitəsində Azərbaycanın strateji tərəfdaşlıq səviyyəsinə malik olduğu yeganə ölkə olduğunu vurğulayaraq, iki ölkə arasındakı yaxşı münasibətlərin həm də prezidentlər Vuçiç və Əliyev arasında olan yaxşı münasibətlərə əsaslandığını göstərir.

Paylaş: