🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

“Sea Breeze” istirahət mərkəzinə aparan avtobus fəaliyyətə başlayır

18.07.2025 12:25 1 baxış sayı 2 dəq. oxuma
“Sea Breeze” istirahət mərkəzinə aparan avtobus fəaliyyətə başlayır

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq sabahdan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən yeni 150E ekspres marşrutu fəaliyyətə başlayacaq.

Metbuat.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Həftənin şənbə və bazar günləri “Koroğlu” metrostansiyasının cənub çıxışından (“Piramida” tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək. Marşrutu "BakuBus" MMC istismar edəcək və xətt üzrə müasir böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-a qədər 30 dəqiqə intervalla xidmət göstərəcək. Avtobuslarda gediş haqqı 80 qəpikdir. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Paylaş: