🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Sahibə Qafqarova Əhməd Metani ilə görüşdü

03.09.2025 13:25 1 baxış sayı 2 dəq. oxuma
Sahibə Qafqarova Əhməd Metani ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 3-də Fələstin Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə spiker Sahibə Qafarova səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.

Söhbət zamanı xalqlarımız arasında ortaq dəyərlər əsasında qurulmuş dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu qeyd edilib. Ötən dövr ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyəti, beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin önəmi vurğulanıb.

Səfir Əhməd Metani Fələstin xalqına dəstəyi, həmçinin münaqişənin həllində göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xüsusi qeyd edərək, müsbət təəssüratlarını bölüşüb.

Görüşdə həmçinin parlamentlərarası münasibətlər, o cümlədən, beynəlxalq parlament təşkilatları çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qanunvericilik orqanlarımız xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi təşkilatlarda uğurla əməkdaşlıq edirlər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Paylaş: