
Sağlamlıq üçün risk, yoxsa əlin dadı-duzu?

İctimai iaşə obyektlərində və hətta ev mətbəxlərində yemək hazırlayarkən əlcək istifadəsi mövzusu hər zaman mübahisə yaradır. Bəzi insanlar əlcəkləri mütləq gigiyena tələbi saysa da, digərləri materialın qidanın dadına təsir edə biləcəyini və ya sağlamlıq riski yaradacağını düşünür. Qida eksperti Asim Vəli bildirir ki, cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Əlcəklərin istifadəsində əsas məqsəd qidanı insan əlindən keçə biləcək mikroorqanizmlərdən qorumaqdır. İnsan dərisində təbii olaraq çoxlu bakteriya var. Əlcəklər çirkin və mikrobların yeməyə keçməsinin qarşısını alır, xüsusən də əldə açıq yara, yanıq və ya kəsik olduqda çirklənmə riskini minimuma endirir. İctimai iaşə yerlərində əlcək istifadəsi gigiyena standartlarını qorumaq üçün məcburidir, çünki bu yerlərdə çox sayda insanın sağlamlığı risk altında olur. Əlləri tez-tez yumaq vacib olsa da, yeməklə davamlı təmas olduğu üçün tək yumaq bəzən yetərli olmur.
Ekspertin fikrincə, əlcəklərin qidaya dad, qoxu və ya kimyəvi maddə buraxması yalnız aşağı keyfiyyətli materiallarda mümkündür. Keyfiyyətli birdəfəlik əlcəklər qida ilə təmas üçün nəzərdə tutulmuş xüsusi materiallardan hazırlanır və qidaya heç bir təsir göstərmir. Peşəkar mətbəxlər buna görə xüsusi qida əlcəklərindən istifadə edirlər. Keyfiyyətsiz məhsullar tərlə qarışaraq əlin qoxusunu dəyişə və narahatlıq yarada bilər; bu hal isə əlcəyin qidaya təsir etməsi ilə bağlı yanlış təəssürat yaradır. Unutmaq olmaz ki, əlcək taxmaq təkbaşına gigiyena demək deyil. Əksinə, düzgün istifadə edilmədikdə, əlcəklər gigiyenanı zəiflədə bilər.
Əlcək geyinib zibilə toxunmaq, telefon götürmək və ya qapı açmaq, sonra isə yeməyə yenidən toxunmaq qidanı əlcəksiz işləməkdən daha çox çirkləndirə bilər. Əgər biz əlcəkləri düzgün istifadə etməsək, onlar gigiyenanı artırmır, hətta zərər verə bilərlər. Bu vəziyyətdə insanlar əlcəyə ümumiyyətlə ehtiyac olmadığını düşünürlər, halbuki problem əlcəyin özündə deyil, onun səhv istifadəsindədir. Əlcəksiz işləyən şəxs mütləq əllərini tez-tez sabunla yumalı, dırnaqları təmiz və qısa olmalı, əllərində heç bir zədə olmamalıdır. Həmçinin, yeməyə toxunmazdan əvvəl əl antiseptikindən istifadə etməlidir.
Ev şəraitində əlcək taxmadan yemək bişirmək tamamilə normaldır. Lakin məsələ kafe, restoran və kütləvi iaşə yerlərinə gəldikdə, təhlükəsizlik qaydalarına riayət etmək çox önəmlidir. Ən sağlam və təhlükəsiz yol əlcəkdən düzgün istifadə modelidir. Bunu etmək üçün keyfiyyətli birdəfəlik qida əlcəyi seçilməli, çirkləndikdə dərhal dəyişdirilməli və əlcək uzun müddət çıxarılmadan istifadə olunmamalıdır. Əlcək taxılsa belə, əllər tez-tez yuyulmalıdır.
Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Turpun sağlamlıq üçün 10 faydası
Bugun.az

Azərbaycanda duz istehsalı azalıb
Bugun.az

Paket çaydan istifadə edəndə bu səhvə yol verməyin
Tibbi məlumatlar

Əti çox yeyək, yoxsa az?
Bugun.az

Virtual Dadlıq Dünyasında Dadı Dadmaq üçün Yeni Ci...
Texnologiya xəbərləri

Naxçıvanda məhkumların tibbi müayinəsi aparılıb
Azəri Xəbər


