🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Sabiq xidmət rəisinəhökm oxundu

01.10.2025 14:25 1 baxış sayı 1 dəq. oxuma
Sabiq xidmət rəisinəhökm oxundu

Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində N. Mirzəyevə hökm elan edilib.

O, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Təqsirləndirilən şəxs 6 milyonluq mənimsəmədə təqsirli hesab edilir. O, bu məbləğin 343 min 810 manatını dövlət büdcəsinə ödəyib.

Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqustunda Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs edilib.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.

Paylaş: