Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Sabiq nazir illər sonra istefasının səbəbini açıqladı

04.11.2025 20:42 8 baxış sayı 2 dəq. oxuma Metbuat
Sabiq nazir illər sonra istefasının səbəbini açıqladı

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ictimaiyyəti uzun müddətdir maraqlandıran suala cavab verib. O, İctimai Televiziyanın "Təmas xətti" verilişində 1999-cu ildə NATO tədbirində iştirakdan və istefasının səbəblərindən danışıb.


Sabiq nazir bildirib ki, həmin dövrdə Rusiya çox mürəkkəb proseslərlə üzləşirdi, Azərbaycanın xarici siyasəti isə bu gərginlikdən öz maraqları üçün istifadə etməyə hesablanmışdı. Biz unutmamalıyıq ki, o illərdə Rusiyada da çətin vəziyyət hökm sürürdü. Bu proseslərdə Azərbaycanın əsas marağı Qərb və Rusiya arasındakı ziddiyyətlərdən istifadə etmək idi. Məqsəd ziyanımıza olan məsələləri neytrallaşdırmaq idi.


Zülfüqarov qeyd edib ki, Prezident ona bir çox məsələləri açıqlamamaq barədə göstəriş vermişdi. Bu təlimatın məqsədi proseslərin müəyyən şəkildə getməsi və nəticələrin sonradan başa düşülməsi idi. Bəzi məqamlarda istefamızla bağlı müxtəlif fikirlər səsləndirilir. Sabiq nazir öz istefasının da həmin böyük proseslərin tərkib hissəsi olmasını istisna etmədiyini əlavə edib.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: