Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Sabiq məmurun nəvəsi qadına hücuma görə saxlanıldı - FOTO

04.05.2025 20:25 61 baxış sayı 2 dəq. oxuma Metbuat
Sabiq məmurun nəvəsi qadına hücuma görə saxlanıldı - FOTO

Mayın 2-si saat 19:30 radələrində paytaxtda keçmiş sevgilisinə bıçaqlı hücum etməkdə şübhəli bilinən 20 yaşlı Murad Əhmədov saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Onun sözlərinə görə, şübhəlinin müvafiq izahatları alınıb. Təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, zərərçəkmiş Şərafət Babayevanın bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.

Onun sözlərinə görə, M.Əhmədov zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.

Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: