Bugun.az
Bugun.az

23.10.2024 10:25

6 abunə

13

Sabah havanın necə olacağı

Sabah havanın necə olacağı

Sabah Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° şaxta, yüksək dağlıq ərazilərdə 4-7° şaxta, gündüz 1-6° isti olacaq.