Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Rusiyadan Hüseyn Həsənov barədə qərar

20.08.2025 20:25 15 baxış sayı 2 dəq. oxuma Metbuat
Rusiyadan Hüseyn Həsənov barədə qərar

Rusiya Federal Vergi Xidməti bloqer Hüseyn Həsənovun şirkətini ləğv edib.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Zvezdaç" "Telegram" kanalı məlumat yayıb.

Bloqer şəxsi inkişaf kurslarını satmaq üçün "Banda" MMC-ni təsis edib. Lakin şirkətin hüquqi ünvanı və əməkdaşları haqqında məlumat etibarsız olub.

İndi Rusiyanın Federal Vergi Xidməti şirkəti ləğv etmək qərarına gəlib və hesabları artıq bloklanıb.

Bundan əlavə, H.Həsənovun kurslarına qarşı ümumilikdə 2 milyon 675 min rubl məbləğində iki iddia qaldırılıb. Bloqer məhkəmələrə az qalmış təsisçilər heyətini tərk edib.

Xatırladaq ki, mayın 14-də Rusiya Daxili İşlər Nazirliyi milyonluq izləyicisi olan bloqeri çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində axtarışa verib. O, qiyabi həbs edilib və indi onu 7 ilə qədər həbs və külli miqdarda pul cəriməsi gözləyir.

H.Həsənov ona qarşı məhkəmə işi açılandan dərhal sonra Moskvadakı mənzilini satıb.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: