🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Rusiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüş keçirildi

12.04.2025 12:25 6 baxış sayı 1 dəq. oxuma
Rusiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüş keçirildi

Sankt Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rəhman Mustafayev buradakı ali hərbi təhsil müəssisələrində təhsil alan zabit və kursantlarla görüşüb.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Fövqəladə və Səlahiyyətli səfir R.Mustafayev hərbi qulluqçularla Azərbaycan-Rusiya əməkdaşlığı, eləcə də beynəlxalq və regional proseslərdə ölkəmizin mövqeyi barədə geniş söhbət edib, onları maraqlandıran sualları cavablandırıb.

    Baş Konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadənin və hərbi attaşe polkovnik Kənan Təhməzovun da iştirak etdiyi görüş zamanı Azərbaycan nümayəndə heyəti zabit və kursantlarımızın məişət şəraiti və təhsil prosesi ilə yaxından tanış olublar.

    Paylaş: