Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Rusiyada hərbi helikopter qəzaya uğradı

05.01.2025 06:25 140 baxış sayı 1 dəq. oxuma Metbuat
​Rusiyada hərbi helikopter qəzaya uğradı

Rusiyanın Voronej vilayətində Mi-28 hərbi helikopteri qəzaya uğrayıb və sərt enişdən sonra alovlanıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Voronejin “Moyo” portalına İstintaq Komitəsinin hərbi idarəsindən məlumat verilib.

“Sosial şəbəkələrdə hadisənin saat 18:00 radələrində baş verdiyini bildirirlər. Qəzanın səbəbləri məlum deyil”, - məlumatda deyilir.

Qəzanın yanvarın 1-də baş verdiyi vurğulanır.

Sərt enişdən sonra yanğın Mi-28-i tamamilə yararsız vəziyyətə salıb.

Portalın məlumatına görə, İstintaq Komitəsi hadisədən sonra yoxlama təşkil edib.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: