
Rusiya Nailə Allahverdiyeva barədə qərar verdi

Rusiyanın Perm Diyar Məhkəməsi Müasir İncəsənət Muzeyinin (PERMM) keçmiş direktoru, art-menecer və rəssam Nailə Allahverdiyevanın həbs edilməsinə dair çıxarılan qərarı ləğv edib.
Metbuat.az xəbər verir ki, Oxu.az bu barədə RBK-ya istinadla xəbər verir.
Bununla da Perm Diyar Məhkəməsi Allahverdiyanın vəkilinin birinci instansiya məhkəməsinin çıxardığı qərarla bağlı şikayətini təmin edib.
Onun vəkilinin sözlərinə görə, məhkəmənin Allahverdiyevanın barəsində həbs qərarı əsassız olub. Qeyd olunub ki, Allahverdiyeva 2024-cü il dekabrın 8-də Rusiyanı tərk edib, cinayət işi isə bu il martın 24-də açılıb. Buradan belə nəticə çıxır ki, onun köçməsi heç bir halda cinayət təqibi ilə bağlı deyil.
Müdafiə tərəfi əlavə edib ki, müstəntiqlər muzeyin keçmiş direktoru ilə əlaqə saxlamaq üçün kifayət qədər addım atmayıb.
Oxşar xəbərlər

Samirə Allahverdiyevaya yeni vəzifə verildi - FOTO
Bugun.az

Nailə İslamzadəyə AĞIR İTKİ
Son Xeberler

Universitet müəllimi koronadan vəfat etdi
Son Xeberler

Nailə Mirməmmədli vəfat etdi
Son Xeberler

Rusiya Ukraynaya qarşı bəzi sanksiyaları ləğv edəc...
Son Xeberler

Azərbaycanda sabiq nazir vəfat etdi -
Son Xeberler