Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Rusiya, İran və Çin orduları bir araya gəldi

10.03.2025 19:25 110 baxış sayı 1 dəq. oxuma Metbuat
​Rusiya, İran və Çin orduları bir araya gəldi

Rusiya, İran və Çin dəniz qüvvələri hərbi təlimlərə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Məlumata görə, təlimlər İran sahillərində keçirilir. Hind okeanının şimalında keçirilən təlimdə üç ölkənin hərbi dəniz qüvvələri girov götürülən gəmilərin xilas edilməsi, dənizdə axtarış-xilasetmə, dəniz və hava hədəflərinə artilleriya atəşi kimi tapşırıqları yerinə yetirəcək.Təlimdə dəniz hədəflərinin məhv edilməsi, müvəqqəti müşahidə və saxlanma, zərərə nəzarət və birgə axtarış-xilasetmə əməliyyatları kimi fəaliyyətlər də tətbiq olunacaq.

Təlimin məqsədləri dəniz təhlükəsizliyinin təmin edilməsi, dənizdə piratçılıq və terrorizmlə mübarizə, dənizdə rabitə vasitələrinin mühafizəsini təmin etməkdir.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: