🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Rentgen və lazer aparatları təhlükəlidir? - AÇIQLAMA

20.08.2025 19:25 1 baxış sayı 3 dəq. oxuma
Rentgen və lazer aparatları təhlükəlidir? - AÇIQLAMA

Avropa İttifaqının müvafiq orqanları TPO (trimetilbenzoyl difenilfosfin oksid) adlı maddənin insan sağlamlığı üçün təhlükəli ola biləcəyini açıqlayıb. Bu isə lampalar və müxtəlif cihazlardan yayılan şüaların təsiri ilə bağlı narahatlıqları gündəmə gətirib.

Tibb eksperti Adil Qeybulla Metbuat.az-a açıqlamasında bildirib ki, tibbdə istifadə olunan şüalar əsasən iki kateqoriyaya ayrılır:

”Birinci kateqoriya radyaktiv şüalardır, bunlar təhlükəli şüalardır. Yəni, rentgen şüaları, qamma şüalarıdır. Bunlar həm diaqnostik, həm də müalicə məqsədləri ilə istifadə edilir. Amma bunların istifadəsində təhlükə müəyyən parametrlərdə nəzərə alınır. Həm texniki personal, həm tibbi personal, həm də xəstə üçün bu standartlar var və ona əməl edilir. Digər şüalar ultrabənövşəyi şüalar, fotolazer şüalar, işıq şüalarıdır və s. Bunlar dəlib keçməyən, keçici olmayan, radyaktiv olmayan şüalardır və insan orqanizminə təsiri praktiki olaraq minimaldır. Çünki radyaktiv şüalar mutagen təsir göstərir, xərçəng və şüa xəstəlikləri yarada bilirlər, əlbəttə müəyyən dozada”.

A.Qeybulla qeyd edib ki, ultrabənövşəyi şüalar və fotolazer şüalar tipdə müəyyən diapazonda, müəyyən intensivlikdə və zaman çərçivəsində, ekspozisiyada istifadə edilir:

“Burada da təhlükə nəzərə alınır. Ultrabənövşəyi qvars lampaları və ultrabənövşəyi LED lampalar toxumalarda yaraların sağalmasına, dəridə olan dermatit və dermatuzların müalicəsinə istifadə oluna bilir. Ultrabənövşəyi şüaların tətbiqi çox genişdir Lazer şüalarına isə həm tibbdə, həm sənayedə, həm də sosial həyatın müxtəlif sahələrində mövcuddur. Lazer şüalarından ən çox istifadə olunan fotolazer şüalardır, xüsusilə qırmızı lazer. Bunlar hal-hazırda epilyasiya prosedurlarında, dərinin müxtəlif defektlərinin abraziyalarında və müxtəlif göz əməliyyatlarında geniş tətbiq olunur. O baxımdan da bunların sağlamlığa təsiri və istifadə zamanı təhlükəsi nəzərə alınmalıdır”.

Ekspert bildirib ki, üzərində xəbərdarlıq işarələri olan lampalar xüsusi təlimata uyğun istifadə olunmalıdır:

“O şüaların və lampaların üzərində ki, xüsusi xəbərdarlıq işarələri var, məsələn, lazer aparatının və ultrabənövşəyi şüa aparatının üzərində, bunlar istifadə təlimatına uyğun istifadə edilməlidir. Əks halda, lazer və ultrabənövşəyi şüalara birbaşa baxmaq olmaz, bu, gözü zədələyə və görmə qabiliyyətinə ciddi zərər verə bilər. Burada müəyyən təhlükəsizlik parametrləri mövcuddur və istifadə edən şəxslər bunun fərqində olmalı, məlumatlı olmalı və onlara əməl etməlidir”.

Ülkər Cəlilzadə / Metbuat.az

Paylaş: