🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
9 abunə

Rəfah sərhəd-keçid məntəqəsinə nəzarət Fələstinə verildi

22.01.2025 23:25 97 baxış sayı 1 dəq. oxuma
Rəfah sərhəd-keçid məntəqəsinə nəzarət Fələstinə verildi

Qəzza zolağında Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsini Fələstin tərəfi idarə edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzeti anonim mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, qərar İsrailin "Şin Bet", "Mossad" xüsusi xidmət orqanlarının və Misir kəşfiyyatının rəhbərlərinin Qahirədəki görüşündə qəbul edilib.

Tərəflər Fələstin administrasiyasının Misirlə sərhəddəki yeganə sərhəd-keçid məntəqəsi olan Rəfah məntəqəsini "beynəlxalq müşahidə və BMT-nin monitorinqi altında" idarə etməsi ilə bağlı razılığa gəliblər.

Paylaş: