Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ramzan Kadırov azərbaycanlıları hədələdi -VİDEO

29.12.2024 09:25 120 baxış sayı 1 dəq. oxuma Metbuat
Ramzan Kadırov azərbaycanlıları hədələdi -VİDEO

Kadırov onu Qazaxıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsini Çeçenistan üzərində uçarkən vurmaqda ittiham edənləri hədələyib. Bu ittihamları onun Telegram kanalına yazanlar əksəriyyətlə azərbaycanlılardır.

Metbuat.az musavat.com-a istinadla xəbər verir ki, o, bu barədə özünün telegram kanalında canlı yayın açaraq, hiddət dolu çıxış edib.

Çıxışında onu qınayanları ağır şəkildə təhdid edib:

“Əgər məni haqsız yerə ittiham etsəniz və ya təhqir etsəniz, şərəf və ləyaqətimə toxunmağa cəhd etsəniz, özümü qorumaq üçün qanuna arxalanmayacağam. Ailəmi, xalqımı və namusumuzu qorumaq üçün hər vasitədən istifadə edəcəyəm. Xalqıma, ailəmə və ya özümə hörmətsizlik edənlərə müvafiq cavab veriləcək. Bunu sizə söz verirəm”. - , deyə Kadırov bildirib.


R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: