
Ramin Məmmədov Safi Arpaguş ilə görüşdü

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 30-da Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinin sədri Safi Arpaguş ilə görüş keçirib. Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğu vurğulanıb.
Qeyd edilib ki, dövlət başçılarının siyasi iradəsi iki ölkə arasındakı əməkdaşlığın inkişafı üçün güclü bir zəmin yaradıb. R. Məmmədov cənab Safi Arpaguşu Diyanət İşləri İdarəsinin sədri vəzifəsinə təyin edilməsi münasibətilə səmimi qəlbdən təbrik etdi. Komitə sədri bu iki qardaş ölkə arasında dini sahədə əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə inamını ifadə etdi.
R. Məmmədov çıxışında Azərbaycanın dövlət siyasəti barədə danışıb. O bildirib ki, Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin, adət-ənənələrimizin qorunmasına və dünyada təbliğinə mühüm prioritet kimi yanaşır. Məhz bu siyasət sayəsində ölkəmizdə insanların etiqad azadlığı etibarlı şəkildə təmin olunur. Komitə sədri dini konfessiyalar arasında qarşılıqlı anlaşmanın və səmərəli əməkdaşlığın möhkəmləndiyini söyləyib. Dünyəvi dövlət prinsiplərinə sadiq qalan Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus və uğurlu modeli formalaşıb. Bu model dini icmaların fəaliyyətinə dövlət dəstəyi verilməsində, dini maarifçilik və təhsil sahəsində kompleks tədbirlərin, eləcə də müasir çağırışlara uyğun təşəbbüslərin icrasında mühüm rol oynayır.
Safi Arpaguş Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar yaratdığını qeyd edib. O, dini təhsil, maarifləndirmə və kadr hazırlığı sahələrində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin çox vacib olduğunu vurğulayıb. Görüş zamanı multikulturalizm, tolerantlıq sahələrində layihələrin həyata keçirilməsi, dini radikalizm və ekstremizmə qarşı mübarizədə birgə fəaliyyət yollarının müəyyənləşdirilməsi müzakirə olunub. Həmçinin, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyə Diyanət Akademiyası arasında elmi-tədris əməkdaşlığının təkmilləşdirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov da iştirak edirdi.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Mənəvi dəyərləri qoruyan yeni model tapmalıyıq - R...
Bugun.az

“Din təhsili sabitlik və harmoniya yaradan mühüm a...
Bugun.az

Ramin İsmayılov vəzifəsindən azad olundu
Bugun.az

İbrahim Məmmədov həftəsonu sərt karantin rejimi il...
Son Xeberler

PFL prezidenti seçkilərinin vaxtı açıqlandı
İdman Xəbər

Ramin Bayramlı Operativ Qərargahın brifinqində niy...
Son Xeberler


