🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

Qvardiola yeni müqaviləyə imza atdı

21.11.2024 21:25 142 baxış sayı 1 dəq. oxuma
Qvardiola yeni müqaviləyə imza atdı

"Mançester Siti" Pep Qvardiola ilə mövsümün sonunda başa çatacaq müqaviləsini 2027-ci ilə qədər uzadıb.

Metbuat.az xəbər verir ki, klubun saytına danışan Pep Qvardiola, "Mançester Siti” ilə müqaviləsini iki il uzatdığını ifadə edib. Məşqçi xoşbəxt olduğu yerdə qalacağını bildirib. Qvardiola "Mançester Siti” işləməyin onun üçün imtiyaz olduğunu deyib.

Qeyd edək ki, Pep Qvardiola "Mançester Siti” ilə 8 mövsümdə 18 kubok qazanıb. Onun "Mançester Siti"dəki ən pis mövsümü liqada 3-cü yeri tutduqları ilk mövsümü olub. Qvardiola 6 dəfə Premyer Liqa çempionu olub. "Mançester Siti" Qvardiola dövründə 490 matçda 353 qələbə qazanıb.


Paylaş: