Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Quru sərhədlərin açılması ilə bağlı AÇIQLAMA

23.10.2025 19:32 8 baxış sayı 2 dəq. oxuma Metbuat
Quru sərhədlərin açılması ilə bağlı AÇIQLAMA

Azərbaycanda pandemiya dövründən bəri bağlı saxlanılan quru sərhədləri hələ də açılmayıb. Eyni zamanda, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılıb. Bəs xüsusi karantin müddəti başa çatmadan quru sərhədlərinin açılması ehtimalı varmı? Millət vəkili Aydın Mirzəzadə bu suala cavab verib. O, xüsusi karantin rejimi ilə quru sərhədlərin bağlı olmasının bir-biri ilə sıx bağlı məsələlər olduğunu bildirib.


Mirzəzadənin sözlərinə görə, Azərbaycan dövləti vətəndaşlarının və cəmiyyətin təhlükəsizliyini qorumağı özünün ali vəzifələrindən biri hesab edir. Bu səbəbdən, Azərbaycana kənardan gələ biləcək təhlükələrin qarşısını almaq məqsədilə quru sərhədləri hələlik bağlı qalır. O, vurğulayıb ki, sərhədlərin açılması yalnız həmin təhdidlərin tamamilə aradan qalxmasından sonra mümkün olacaq. Dövlət bu məsələni daima diqqət mərkəzində saxlayır.


Deputat qeyd edib ki, hazırda davam edən proseslər göstərir ki, bu rejimin saxlanılması ilə Azərbaycan dövləti çox düzgün qərar vermişdir. Quru sərhədlərinin bağlı qalması, həmçinin xüsusi karantin rejiminin uzadılması ölkənin milli təhlükəsizliyini qorumaq üçün atılmış lazım olan addımdır.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: