🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

Qrizmanın dublu "Atletiko"ya qələbə qazandırdı - Çempionlar Liqası

11.12.2024 21:25 135 baxış sayı 1 dəq. oxuma
Qrizmanın dublu "Atletiko"ya qələbə qazandırdı - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında VI turun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, İspaniya paytaxtında yerli "Atletiko" Bratislava "Slovan"ını qəbul edib.

Oyun gözlənildiyi kimi Madrid təmsilçisinin üstünlüyü ilə keçib. Meydan sahiblərinin 3 qoluna qonaqlar yalnız 1 qolla cavab verməyi bacarıblar - 3:1. Qrizman dubla imza atıb.

Bu nəticədən sonra Simionenin yetirmələri xallarının sayını 12-yə çatdıraraq 9-cu pillədə qərarlaşıblar. Slovakiya klubu isə heç bir xal toplamadan ən sonuncu - 36-cı yerdədir.

Paylaş: