🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Qonşu ölkədə əcnəbilərlə bağlı qaydalar sərtləşdirilir

09.06.2025 20:25 6 baxış sayı 1 dəq. oxuma
Qonşu ölkədə əcnəbilərlə bağlı qaydalar sərtləşdirilir

Gürcüstan parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunvericilik paketi hazırlayıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

Mdinaradze deyib ki, dəyişikliklərə əsasən, qaydaları pozan əcnəbilərə tətbiq olunan cərimələr artırılır, ölkədə qeyri-qanuni qalan şəxslərin çıxarılması prosesi isə sadələşdirilir.

Eyni zamanda, Gürcüstana girişə qadağa və yeni cəza növlərinin tətbiqi də nəzərdə tutulur. Bununla bağlı ölkənin cinayət və inzibati xətalar məcəllələrinə əlavələr ediləcək.

Paylaş: