
Qışın sərt keçməsi bu sahə üçün faydalıdır - AÇIQLAMA

“Qış aylarında qarlı və şaxtalı havaların kənd təsərrüfatına müsbət təsiri var”.
Bunu Metbuat.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli deyib.
O bildirib ki, torpağın münbit üst qatında isti aylarda çoxlu miqdarda zərərvericilər inkişaf edir və çoxalır:
“Ancaq qışda, xüsusilə şaxtalı havalarda torpağın üst qatının donması bu zərərvericilərin bir hissəsini öldürür və məhv edir. Digər bir hissəsi isə yerin dərin qatlarına enir. Şaxtalı havalar səbəbindən erkən yazda torpağa toxum səpiləndə həmin zərərvericilər torpağın üst qatında olmadığı üçün bitkilər rahat böyüyə bilir. Əks halda əgər qış isti keçsə, zərərvericilər torpağın üst qatında çoxalaraq, toxum torpağa düşən kimi onları məhv edir”.
A.Nəsirli qeyd edib ki, bu səbəbdən dolayı fermerlər qışın yumşaq keçdiyi hallarda toxum səpməklə yanaşı, zərərvericilərə qarşı mübarizə tədbirləri də görürlər:
“Lakin şaxtalı havalar və qar yağıbsa, erkən yazda belə tədbirlərə ehtiyac olmur. Həmçinin, dağlarda ağacların gövdəsində yaşayan və qışda zərərvericilərin pupalarının olduğu süfrələr də şaxtalı havalar nəticəsində məhv olur. Bu şərait kənd təsərrüfatı üçün müsbət nəticələrə səbəb olur”.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Nar qabığı: Gizli xəzinə
Bugun.az

"Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir...
Son Xeberler

Nintendo Switch Eksklüzivu PlayStation 5-ə Gəlir!
Texnologiya xəbərləri

Payızın Əsl Neməti: Qaragilənin Faydaları
Bugun.az

Samsung Galaxy Seriyasına İki Yeni "Gizli" Model Ə...
Texnologiya xəbərləri

Sərt karantin rejimi avqustun 5-də bitir? –
Son Xeberler