Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qəzaların çox olduğu prospektdə yenilik edildi - VİDEO

24.11.2024 06:25 109 baxış sayı 2 dəq. oxuma Metbuat
Qəzaların çox olduğu prospektdə yenilik edildi - VİDEO

Bakıda qəzaların çox olduğu prospektdə yenilik edilib.

Metbuat.az xəbər verir ki, 8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı yeni qərar qəbul olunub.

Əvvəllər Qədir Məmmədov küçəsindən prospektə çıxan sürücülər məcbur idilər ki, buradan yalnız sağa dönərək hərəkətlərini “Nargilə” istiqamətində davam etdirsinlər. Ancaq yenilik ondan ibarətdir ki, işıqforda yaşıl işığı gözləməklə hərəkətlərini düzünə davam etdirə bilərlər.

Hesab edilir ki, bu dəyişikliklər nəqliyyat vasitələrinin manevr imkanlarını genişləndirərək, hərəkətin buraxma qabiliyyətinin artmasına və yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, hazırda ərazidə nişanlanma işlərinin təşkili davam etdirilir.

Xatırladaq ki, 8 Noyabr prospektində əvvəllər çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınırdı. Mütəxəssislər qəzaların azalması üçün işıqforların vacibliyini vurğulayırdı.

Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:


N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: