
Qəddafinin oğlu barədə yeni qərar verildi

Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi Livan məhkəməsinin onu azad etməsi barədə qərarına münasibət bildirib. On il həbsdə saxlanılan Qəddafi verilən qərarı sosial şəbəkə hesabında şərh edib. O, vicdanının rahat olduğunu deyir və ilahi ədalətin nəhayət, öz axarına düşməyə başladığını bildirir. Hannibal Qəddafi Uca Allahdan diləyir ki, İmam Musa Sədrin və onun iki müşavirinin ailələrinə uzun illər çəkdikləri iztirabdan sonra ürəklərinə bir az sakitlik gətirəcək həqiqət nəsib etsin. O, əlavə edib ki, həqiqət, zaman nə qədər keçsə də, heç vaxt unudulmur. Livan məhkəməsi tərəfindən verilən bu qərar 50 yaşlı Qəddafinin uzun sürən işinə müvəqqəti son qoyur.
Hannibal Qəddafi 2015-ci ildə siyasi sığınacaq aldığı Suriyadan qaçırılaraq Livana təhvil verilmişdi. Onun əsas ittihamı 1978-ci ildə Liviyada itkin düşmüş şiə din xadimi İmam Musa Sədrin taleyi ilə bağlı məlumatları gizlətməkdə günahlandırılması idi. Qəddafinin vəkili İnas Harrak bildirib ki, on ildir həbsxanada saxlanılan şəxsin təqsirini sübut edən heç bir fakt indiyədək məhkəməyə təqdim olunmayıb. Məhkəmənin azadlıq qərarı Hannibal Qəddafinin bu uzunmüddətli siyasi gərginlikdən xilas olmasına imkan yaradır.
Qeyd etmək lazımdır ki, Hannibal Qəddafi atasının hakimiyyəti dövründə ölkənin neft ixracına nəzarət edirdi. 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsi və öldürülməsindən sonra o, münaqişə zonasını tərk edərək Əlcəzairə, daha sonra isə Suriyaya sığınıb. İtkin düşən din xadimi İmam Musa Sədr isə 1978-ci ilin avqustunda Liviya inqilabının ildönümü tədbirlərinə qatılmaq üçün Tripoliyə dəvət edilmişdi. Roma Papası ilə görüşmək üçün Vatikana səfərə hazırlaşan Sədr, Müəmmər Qəddafi ilə görüşdən sonra iki müşaviri ilə birlikdə yoxa çıxmışdı.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Qəddafinin peyğəmbərlik xəbərdarlığı: Əsədin gülüş...
Son Xeberler

Hikmət Mirzəyevə general-polkovnik rütbəsi verildi
Xəbər Anı

Ramin Quluzadəyə yeni vəzifə verildi
Son Xeberler

16 yaşlı qızı qaçırdığı deyilən axund barədə qərar...
Bugun.az

SON DƏQİQƏ! Nazilə Səfərli ölkəni tərk etdi
Şou Xəbər

Hərbi qulluqçulara ali hərbi rütbələr verildi -
Son Xeberler