Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qarabağ Universitetinə bu il qəbul planı artırıldı

23.05.2025 07:25 58 baxış sayı 1 dəq. oxuma Metbuat
Qarabağ Universitetinə bu il qəbul planı artırıldı

Qarabağ Universitetinə tələbə qəbulu planı ötən illə müqayisədə 28,5% artırılaraq 1440 yerə çatdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə bağlı keçirilən brifinqdə məlumat verib.

Məleykə Abbaszadə qeyd edib ki, qəbul planının artırılması regionun sosial-iqtisadi ehtiyaclarına uyğun olaraq yüksəkixtisaslı kadr tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Qarabağ Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir infrastrukturun qurulması və kadr potensialının formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: