
“Qarabağ” Liqa mərhələsinin son turunda da məğlub oldu

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın “Olimpiakos” komandasına məğlub olub.
Metbuat.az-ın məlumatına görə, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.
***
01:49
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Metbuat.az xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda meydan sahibləri fərqi üç topa yüksəldiblər - 3:0.
89-cu dəqiqədə Julian Byankon fərqlənib.
***
01:18
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda ikinci qol vurulub.
Metbuat.az xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda meydan sahibləri fərqi iki topa yüksəldiblər - 2:0.
60-cı dəqiqədə El Kaabi dubl müəllifi olub.
***
01:15
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda hesab açılıb.
Metbuat.az xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda meydan sahibləri hesabda irəli çıxıblar - 1:0.
56-cı dəqiqədə El Kaabi adını tabloya yazdırıb.
***
01:04
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
Metbuat.az xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda ilk yarıdan sonra hesab açılmayıb.
Matçı rumıniyalı baş hakim Radu Petresku idarə edir.
***
00:46
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Metbuat.az xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda ilk yarıdan sonra hesab açılmayıb.
Matçı rumıniyalı baş hakim Radu Petresku idarə edir.
00:47
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyunu start götürüb.
Metbuat.az xəbər verir ki, qarşılaşma Georgios Karaiskakis stadionunda keçirilir.
Matçı rumıniyalı baş hakim Radu Petresku idarə edir.
Oxşar xəbərlər

Qarabağ Tottenhemdən 3-0 Hesabı ilə Uduzdu - Avrop...
Son Xeberler

“Qarabağ” səfərdə “Elfsborq”a məğlub oldu - Avropa...
Bugun.az

"Qarabağ" daha çox qol vura bilərdi" - "Lion"un ba...
Bugun.az

"Qarabağ" - "Ayaks" Oyunu Vaxtında Keçiriləcək
Bugun.az

"Malmö" Baş Məşqçisi: "Qarabağ" Güclü Komandadır
Son Xeberler

"Qarabağ" və "Lion" komandalarının start heyətləri...
Futbol Neticeleri