Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Qarabağ"ın rəqibi onunla ayrıldı

31.12.2024 06:25 133 baxış sayı 1 dəq. oxuma Metbuat
"Qarabağ"ın rəqibi onunla ayrıldı

"Qarabağ"ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi Yunanıstanın "Olimpiakos" komandasında ayrılıq reallaşıb.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı tanınmış futbolçu Villian komandanı tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Otuz altı yaşlı yarımmüdafiəçi bu mövsüm 11 matçda 1 qolla yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la yanvarın 31-də Yunanıstanda üz-üzə gələcək.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: