Bugun.az
Bugun.az
11 abunə

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

28.08.2025 17:25 16 baxış sayı 1 dəq. oxuma Metbuat
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı bütün rəqiblər bəlli olub.

Metbuat.az-ın məlumatına görə, püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya) və "Atletik"lə (İspaniya) səfərdə, "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland), və "Kopenhagen"lə (Danimarka) evdə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son tuun görüşləri 2026-cı il yanvarın 28-də baş tutacaq.

Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.

Paylaş: