
"Qarabağ" iki futbolçusunu göndərdi

"Qarabağ" daha iki futbolçusunu "Şamaxı"ya birillik icarəyə verməyə razılaşıb.
Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, Amin Rzayev və Davud Məsimov gələn mövsümü "şirlər"in düşərgəsində keçirəcəklər.
Onlar Qurban Qurbanovun diqqət mərkəzində olan gənclərdir. Amin Avstriya toplanışına aparılıbsa, Davud zədə səbəbindən qafilədən kənarda qalıb.
Ağdam təmsilçisi daha öncə Nihat Mehralıyevi "Şamaxı"ya göndərib. Ötən mövsüm Əvəzedicilər Liqasında çıxış etmiş forvard təsadüfən Ayxan Abbasovun diqqətini çəkməyib.
"Şamaxı" ilə paralel olaraq U-21 yığmasını çalışdıran mütəxəssis onu milliyə də cəlb edib. Mehralıyev son mövsüm "Qarabağ"ın əvəzedici komandasında 20 qol vurub və liqanın bombardiri olub.
Yığmanın son iki yoldaşlıq oyununda - Belarus və Montenoqraya qarşı matçlarda meydanda olub. "Qarabağ" gənc oyunçuları bir şərtlə əyalət təmsilçisinin düşərgəsinə göndərib. Belə ki, şirvanlılar onları rəsmi oyunların ən azı 50 faizində meydana buraxmalıdırlar.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İspaniya nəhəngi "Qarabağ"ın futbolçusunu istəyir...
Bugun.az

"Malmö" Baş Məşqçisi: "Qarabağ" Güclü Komandadır
Son Xeberler

“Qarabağ”dan növbəti transfer
İdman Xəbər

İlham Əliyevdən Qarabağ Dirçəliş Fondu ilə bağlı
Son Xeberler

Qarabağ Liderliyə Yüksəldi
Son Xeberler

"Qarabağ" onun müqaviləsini ləğv etdi
Bugun.az