🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Qar yolu bağladı, sürücülər çarəsiz qaldı - FOTO

21.02.2025 08:25 7 baxış sayı 2 dəq. oxuma
Qar yolu bağladı, sürücülər çarəsiz qaldı - FOTO

Yolların buz bağlaması və havanın şaxtalı olması səbəbindən Muğanlı-İsmayıllı avtomobil yolunda nəqliyyatın hərəkəti çətinləşib, bəzi avtomobillər yolda qalıb. Əraziyə yol idarəsinin texnikası və işçi qüvvəsi cəlb olunub.

Metbuat.az xəbər verir ki, “9 nömrəli Yol İstismarı” İdarəsinin rəisi Rəşad Kərimov Azərtac-a bildirib ki, hazırda bölgədə havanın temperaturu mənfi 6 dərəcədir. Bu səbəbdən bəzi yollarda buzlaşma var. Lakin yolların buzdan və qardan təmizlənməsi üçün idarənin canlı qüvvəsi və texnikası Muğanlı-İsmayıllı yolunda, eləcə də Qaraməryəm-İsmayıllı, paralel olaraq İsmayıllı-Lahıc-Burovdal avtomobil yollarında təmizlik işləri aparır.

Bölgənin dağlıq ərazilərində yağan güclü qar və buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinliklər davam edir. Sürücülərə ehtiyatlı olmaları və hava şəraitinə uyğun tədbirlər görmələri tövsiyə edilir.

Paylaş: