Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Qalatasaray" Osimhenin yerinə yırtıcı hücumçu alır

11.07.2025 15:25 28 baxış sayı 1 dəq. oxuma Metbuat
"Qalatasaray" Osimhenin yerinə yırtıcı hücumçu alır

“Qalatasaray” Viktor Osimheni transfer etmək üçün fəaliyyətini davam etdirir.

Metbuat.az xəbər verir ki, "Napoli" futbolçu üçün 75 milyon avro tələb edib. "Qalatasaray" məbləği hissə-hissə ödəmək istəyir və endirim tələb edib. Türkiyə klubu bu məbləği ödəyəcəyinə zəmanət vermədiyi üçün "Napoli" təklifi rədd edib. İtaliya klubu məbləği birdəfəlik tələb edir. Məlumata görə, "Qalatasaray" Osimheni transfer edə bilməyəcəyi təqdirdə onun alternativini müəyyənləşdirib. Bildirilir ki, "Qalatasaray" "Fiorentina"nın futbolçusu Moise Kini transfer edə bilər.

Xəbərdə "Qalatasaray"ın Kinin 52 milyon avroluq sərbəst qalma pulunu ödəməyə hazır olduğu bildirilib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: