Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qabiliyyət imtahanının nəticələri üzrə apellyasiya komissiyası təşkil ediləcək

30.06.2025 12:25 55 baxış sayı 1 dəq. oxuma Metbuat
Qabiliyyət imtahanının nəticələri üzrə apellyasiya komissiyası təşkil ediləcək

25, 27, 28, 29 və 30 iyun 2025-ci il tarixlərində 1601, 1602, 1701-ci komissiyalar üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, apellyasiya komissiyası 2 iyul 2025-ci il tarixində saat 09:00-dan 14:00-dək Bakı şəhəri 167 nömrəli tam orta məktəbdə (Yasamal rayonu, Şərifzadə küçəsi, 152) fəaliyyət göstərəcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə 2 iyul tarixində qeyd olunan binaya yaxınlaşıb ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: