Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Pxenyanın Rusiyaya əsgər göndərməsinə Seuldan sərt reaksiya

14.11.2024 18:25 164 baxış sayı 1 dəq. oxuma Metbuat
Pxenyanın Rusiyaya əsgər göndərməsinə Seuldan sərt reaksiya

Şimali Koreyanın Rusiyaya qoşun göndərməsi müqabilində Cənubi Koreya Ukraynaya daha çox dəstək verməyi nəzərdən keçirəcək.

Metbuat.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Yoon Suk-yeol belə açıqlama verib. İspaniyanın EFE xəbər agentliyinə danışan Yoon, Pxenyanın Moskvaya silah da verdiyini iddia edib. O bildirib ki, Rusiya və Şimali Koreya təhlükəli hərbi avantüralarını dayandırmasa, Cənubi Koreya müttəfiqləri ilə birgə Ukraynaya dəstəyi gücləndirmək də daxil olmaqla, müvafiq effektiv tədbirlər həyata keçirə bilər.

Qeyd edək ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Şimali Koreya əsgərlərinin Ukrayna qüvvələrinə qarşı döyüşmək üçün Rusiyanın Kursk şəhərindəki cəbhə bölgəsinə yerləşdirildiyini iddia edib.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: