
Putin Trampın nümayəndəsi ilə görüşdü

Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasında görüş olub.
Metbuat.az xəbər verir ki, tərəflər Sankt-Peterburqda bir araya gəlib. Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Putin və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasında görüş qapalı formatda keçirilib. Peskov qeyd edib ki, tərəflər Ukraynadakı münaqişənin həlli, Rusiya və ABŞ liderləri arasında mümkün görüşləri müzakirə ediblər.
Peskovun sözlərinə görə, Putinlə Stiv Vitkoff bundan əvvəl də görüşüb. Buna görə də, onların əl sıxmaları təəccüblü deyil. O həmçinin bu görüşün İstanbulda baş tutan Rusiya-Amerika məsləhətləşmələri ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Oxşar xəbərlər

İlham Əliyev və Putin Moskvada görüşdü
Bugun.az

Trampın açıqlamasına reaksiya verdi
Bugun.az

Qərb Rusiyanı iqtisadi baxımdan məğlub edə bilməy...
Bugun.az

Azərbaycan COP29 Prezidenti Qırğızıstanın Nümayənd...
Bugun.az

Zelenski Trampın nümayəndəsi ilə görüşdü
Bugun.az

Trampın nümayəndəsi Rusiyaya səfər edəcək
Bugun.az